Son ölkə çempionu “Qarabağ” İtaliya “B” seriyasında çıxış edən “Liverno” klubunun Syerra-Lioneli yarımmüdafiəçisi Rodni Strasserə elçi düşüb.
Bu barədə Sportarena.az-a klubdan adının çəkilməsini istəməyən mənbədən məlumat daxil olub.
Stasser, “Syerra-Lyone” millisinin üzvüdür. “Milan”, “Leççe”, “Parma”, “Regina” kimi klubların formasını geyinib. Hal-hazırda “Liverno” klubunda çıxış edir.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2010/2011 mövsümündə “Milan” klubunun heyyətində çıxdığı 3 oyunda 1 qol vurub və İtaliya çempionluğu sevincini yaşayayıb.