"Fənərbağça"lı ulduzun vida oyununun vaxtı məlum oldu

18:29 20 Fevral 2015

“Fənərbaxça”nın əfsanəvi futbolçusu Aleks de Souza möhtəşəm bir mərasimlə futbol karyerasına son qoyacağı günü gözləyir.

 

Sportarena.az xəbər verir ki, o, martın 28-də formasını geyindiyi iki komanda - "Palmeyras" və "Koritiba" arasında oynanılacaq matçla yubiley keçirəcək. Aleks karyerası ərzində birlikdə oynadığı bir çox məşhur futbolçuları da bu matça dəvət edib.

 

"Fənərbaxça"da çiyin-çiyinə mübarizə apardığı Tuncay Şanlı və Rüştü Reçber başda olmaqla, Yobo, Santos, Lusiano, Luqano, Edu və Aurelio kimi məşhurların da meydanda olacağı gözlənilir. Bundan əlavə, Aleksin yubileyində Türkiyədən olan bir çox dostu da tribunada onu izləyəcək.

 

Dekabr ayında "Koritiba"nın "Bahya"nı 3:2 hesabıyla məğlub etdiyi qarşılaşmada karyerasının son matçına çıxan, gözyaşlarını saxlaya bilməyən və meydanda açdırdığı "Fənərbaxça" bayrağıyla diqqət çəkən 37 yaşlı ulduz oyundan əvvəl "twitter"də türk və portuqal dillərində “Futbol, çox təşəkkür edirəm” ismarıcını yazmışdı.

 


Digər xəbərlər

Xəbər xətti