"Çelsi" azarkeşlərinə ömürlük cəza

18:43 20 Fevral 2015

Çempionlar Liqasının 1/8 finalında PSJ - “Çelsi” matçından əvvəl metroda yaşanan insidentlə bağlı xəbər vermişdik. Qonaq fanatlar qaradərili fransızı vaqona minməyə qoymamış və onu irqçi sözlərlə təhqir etmişdi.

 

Sportarena.az xəbər verir ki, həmin azarkeşlər cəzasını alıb. Bu işi araşdıracağına söz verən “Çelsi” klubu günahkarların “Stemford Bric”ə girişinə qadağa qoyub. Onlar ömürlük sevimli komandalarının ev oyunlarını izləməkdən məhrum olublar. Qərarın təsdiqlənməsi üçün “Zadəganlar” istintaqın yekunlaşmasını gözləyir.

 

Bu insident İngiltərənin baş naziri Devid Kamerundan tutmuş FİFA prezidenti Yozef Blatterə qədər çox adamın narazılığına səbəb olmuşdu.

 


Digər xəbərlər

Xəbər xətti