İlahiyyatçı alim Hacı Şahin Həsənli son müsahibəsində ona futbolla
bağlı ünvanlanan suallara da cavab verib.
Sportarena.az xəbər verir ki, ölkədə böyük nüfuza sahib olan din alimi maraqlı açıqlamalar verib:
"Bəzən, insanların ictimai şəxsləri ideallaşdırmaq cəhdləri olur. Qəbul etmək lazımdır ki, çox vaxt həmin insanların da həyat tərzi adi insanlarınkından fərqlənmir. Mən də idman
yarışlarını izləməyi xoşlayıram. Dünya çempionatına da baxmışam. Almaniya
millisinə azarkeşlik etmişəm. Yəni, hansısa bir insandan ciddi fərqim yoxdur.
Sadəcə, inancımızla bağlı həyatımıza müəyyən məhdudiyyətlər qoymağa məcburuq.
Əslində, azadlığın da yolu məhdudiyyətdən keçir.
Ronaldo, yoxsa Messi sualına konkret cavab verə bilmərəm.
Çünki heç birisinə pərəstiş etmirəm. Əslində, bu məqamda da cəmiyyətdə mənfi
tendensiya hökm sürür. Gənclərimiz, bəzən, tanınmış insanları öz kumirlərinə
çevirəndə ifrata varırlar. Yəni, onların yaxşı futbolçu olması o demək deyil
ki, onlar, idealdır. Sizin sualınıza cavab olaraq isə deyim ki, Ronaldo daha
çox diqqətimi çəkir. Bu yaxınlarda verdiyi müsahibələrin birində İslamla bağlı
da müsbət fikiləri oldu və səsləndirdiyi fikirləri bəyəndim”.