“Oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpırdı. Bu, heyətdə etdiyimiz dəyişikliklərlə bağlıdır".
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarən Azərbaycan millisinin baş məşqçisi Mirbağır İsayev Rusiyaya 2:4 hesabı ilə uduzduqları yoxlama matçında sonra deyib.
"Sevindici cəhət odur ki, Qara Qarayevi layiqincə əvəz edəcək Famil Camalov kimi futbolçu var. O, iki qol vurdu. Hətta üçüncünü də vura bilərdi" - deyə o bildirib.
M.İsayev millimizin müdafiəçilərinin primitiv səhvlərə yol verdiyini qeyd edib:
"Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Məni narahat edən əsas məsələ müdafiəçilərin primitiv səhvlərə yol verməsi oldu. Bu cür oyunların keçirilməsi yığmanın xeyrinədir. Yoxlama matçında uduzsaq da, vacib olanı rəsmi qarşılaşmalarda qələbə qazanmaqdır”.