Finlandiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.
Sportarena.az AFFA-nın saytına istinadənxəbər verir ki, yığmamız “Eerikkila Sports Institute” stadionunda Finlandiyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
Millimizin qollarını Elnur Süleymanov və İlkin Sadıqov vurub.