"Azərbaycanın mərhələ adlamaq şansı var”

23:32 20 Fevral 2015

“Oyundan razı qaldım. Elit-raund öncəsi yaxşı hazırlıq oldu. Bu matçlar təcrübə qazanmaq baxımından bizim üçün uğurlu alındı".

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Mixail Qalaktionov millimizə 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

"Rəqibin səviyyəsi də bizi qane etdi. Fikrimcə, Azərbaycan yığması elit-raundda rəqibləri üçün asan keçiləcək komanda olmayacaq. Yığmanızın mərhələ adlamaq şansı var” - deyə o bildirib.

 


Digər xəbərlər

Xəbər xətti