Azərbaycan yığması bu gün Antalya toplanışı çərçivəsində ilk məşqini keçirib.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev komandadan ayrı çalışıb.
Buna səbəb onun kiçik zədəsinin olmasıdır. Amma futbolçunun problemi ciddi deyil və Ukrayna "Şaxtyor"u ilə yoxlama oyununa qədər tam hazır olacaq.
Qeyd edək ki, sözügedən sınaq matçı fevralın 24-də keçiriləcək.