Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev Azərbaycan yığmasının Antalyadakı düşərgəsinə gələ bilmir.
Sportarena.az xəbər verir ki, yığmamızın qolkiperi Frankfurtdan İstanbula uçsa da, oradan Antalyaya getməsində problem yaranıb.
Buna səbəb hazırda İstanbulda əlverişsiz hava şəraitinin hökm sürməsidir. Balayevin bu gecə yığmamızın düşərgəsinə qatılması proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan yığması bu gün səhər Antalyaya yollanıb. Komandamız axşam saatlarında ilk məşqinə də çıxıb.