Millimizin rəqibi növbəti qələbəsini qazandı

11:14 21 Fevral 2015

Millimizlə yoxlama görüşündə üz-üzə gələcək Ukrayna “Şaxtyor”u təlim-məşq toplanışının 3-cü mərhələsində növbəti matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, Donetsk təmsilçisi Antalyada 2-ci yoxlama matçında qüvvəsini sınayıb.

 

Mirça Luçeskunun yetirmələri Qazaxıstanın "Atırau" klubunu 1:0 hesabı ilə məğlub etdikdən sonra Polşa təmsilçisi “Tıxı” ilə qarşılaşıb. Ukraynalılar bu dəfə də meydanı qələbə ilə tərk edib – 3:1. Oyunun gedişində məğlub duruma düşən “Şaxtyor”un qollarını Adriano, Kosta və Srna vurublar.

 

Qeyd edək ki, Azərbaycan – “Şaxtyor” oyunu fevralın 24-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti