"Çelsi” futbol klubu baş məşqçi Joze Mourinyu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Sportarena.az xəbər verir ki, tərəflər yayda dörd illik yeni saziş imzalamağa hazırlaşırlar.
Portuqaliyalı məşqçinin “Çelsi” ilə indiki müqaviləsinin başa çatmasına iki il qalır, lakin klub onunla əməkdaşlığının müddətini irəlicədən uzatmaq niyyətindədir.