Qurbanov üçün yeni baş məşqçi

13:29 21 Fevral 2015

Azərbaycan yığmasının üzvü Ruslan Qurbanovun çıxış etdiyi Xorvatiyanın “Kayduk” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Split təmsilçisini Stanko Poklepoviç çalışdıracaq.

 

77 yaşlı mütəxəssis 4-cü dəfə bu posta təyin olunub. 1984-86, 1991-93 və 2010-cu illərdə də “Hayduk”un baş məşqçisi olub. Vaxtilə Xorvatiya və İran millilərini də çalışdırmış yeni baş məşqçi artıq komandanı ilk məşqə çıxarıb. Onun rəhbərliyi altında ilk qarşılaşma isə sabah “Lokomotiv”ə qarşı olacaq.

 

Qeyd edək ki, müqavilə ilə “Neftçi””yə məxsus olan Qurbanov mövsümün sonunadək icarə əsasında Split klubunda çıxış edəcək.

 


Xəbər xətti