"Atletiko" (Madrid) baş məşqçisi Diyeqo Simyone türk futbolçu Arda Turanın ünvanına xoş sözlər yağdırıb.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis Ardanın komandada böyük pay sahibi olduğunu qeyd edib.
Simeone, La Liganın 24-cü həftəsində sabah "Almeriya" ilə keçiriləcək qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında bunları söyləyib:
"Ardanın yoxluğu fərqli olur. Dərhal hiss edilir. Onun meydanda olması zamanı komanda başqa cür oynayır. Arda hücumu boşluqlara yaymaq özəlliyinə malikdir. Ardanın komandanı birləşdirmək bacarığı var".