London klubuna şok cəzə: 30 min ödəyəcəklər

15:00 21 Fevral 2015

İngiltərə Futbol Asosassiyası "West Ham United" klubunu 30 min funt sterlinq həcmində cərimələyib. 

 

 

Sportarena.az xəbər verir ki, londonlu futbolçuların "Southampton"ə qarşı oyunundan sonra hərəkətləri buna səbəb olub. Qeyd edək ki, oyunun baş hakimi Kreyq Pouson "West Ham"dən Adrian Kastilyonu meydandan qovandan sonra 30 dəqiqə azlıqda mübarizə aparmalı olan qonaqlar oyundan sonra aqressiyalarını biruzə veriblər. Qırmızı vərəqədən appelyasiya şikayəti verən "çəkicdöyənlər" qərarın ləğv edilməsinə nail olublar.

 


Digər xəbərlər

Xəbər xətti