​Rusiya Futbol Federasiyası məhkəməyə verilib

16:01 21 Fevral 2015

Rusiya Futbol Federasiyası (RFF) "Praym Sport Menecment" şirkəti tərəfindən məhkəməyə verilib. 

 

Sportarena.az xəbər verir ki, artıq Moskva Arbitraj Məhkəməsi fevralın 19-da şikayəti qeydə alıb.

 

Şirkət RFF-dən 3.1 milyon avro pul tələb edir. Lakin şikayətin səbəbi açıqlanmır.

 

Qeyd edək ki, bundan öncə isə "Amademservis" turizm şirkəti də RFİ-dən 23 milyon avroluq borcun alınması üçün məhkəməyə müraciət etmişdi. Maliyyə problemi yaşayan federasiya yığma komandanın baş məşqçisi Fabio Kapellonun da 6 aylıq əmək haqqısını ödəyə bilmir. Biznesmen Əlişir Usmanov bir müddət əvvəl RFİ-yə 400 milyon rubl məbləğində güzəştli kredit ayırıb.

 


Digər xəbərlər

Xəbər xətti