Lənkəran stadionunu qar örtdü: Stadion "Bakı" ilə oyuna qədər hazır olacaqmı?

18:55 21 Fevral 2015

“Hazırda Lənkəranda 28 sm-ə qədər qar var. Stadionun üzəri qarla örtülüb”.

 

Bu sözləri Sportarena.az saytında açıqlamasında “Xəzər-Lənkəran” klubunun icraçı-direktoru Höccət Hacıyev bildirib. Hacıyev stadionun ot örtüyünün fevralın 23-də keçiriləcək məşqə qədər hazır olacağını vurğulayıb:

 

“Qar dayanan kimi stadion qardan təmizlənəcək. Ot örtüyü “Bakı” ilə oyuna qədər isə tam hazır vəziyyətdə olacaq”. – deyə Hacıyev bildirib.

 

Qeyd edək ki, “Xəzər Lənəran” – “Bakı” qarşılaşması fevralın 28-ində Lənkəran şəhər stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti