Maksim Medvedyev millidən ayrıldı

00:16 22 Fevral 2015

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində daha bir dəyişiklik baş verib.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğu üçün millinin düşərgəsindən ayrılıb.

 

Xatırladaq ki, daha öncə Rəşad Sadiqov (“Qəbələ”) və Səlahət Ağayev (“İnter”) zədəli olduqları üçün millinin heyətində Türkiyəyə yollanmamışdılar.

 


Digər xəbərlər

Xəbər xətti