Manatın düşməsindən klublarımız nə qədər itirəcək? - SİYAHI

00:30 22 Fevral 2015

Dolların dəyəri bir gün ərzində ölkə ərazisində qalxdı. Bu artım futbol sahəsinə ziyansız ötüşməyəcək. Belə ki, futbol klubları müqavilələrin əksəriyyətini dollarnan bağladığından itkilər də qaçılmaz olaraq qalacaq.

 

Əgər məzənnə il boyu bu həddə qalarsa, bu cəhətdən ən çox pul itirən klub “Qarabağ” olacaq. Son ölkə çempionları qarşıakı il ərzində nə az, nə çox 2,18 milyon dollar itki ilə üzləşəcək. Ən az ziyanla ötüşən klub isə “Bakı” olacaq ki, klubun maliyyə vəziyyəti onsuz da hamıya məlumdur.

 

Sportarena.az sizə klubların qarşıdakı il ərzində itirəcəyi pulların siyahısını təqdim edir:

 

 

1.     “Qarabağ” (27 futbolçu) – 2,18 milyon dollar

2.     “Qəbələ” (22 futbolçu) – 2,01 milyon dollar

3.     “İnter” (27 futbolçu) –1,42 milyon dollar

4.     “Neftçi” (22 futbolçu) – 1,30 milyon dollar

5.     “Simurq” (24 futbolçu ) –1,09 milyon dollar

6.     AZAL (24 futbolçu) – 1,03 milyon dollar

7.     “Xəzər Lənkəran” (21 futbolçu) –0,92 milyon dollar

8.     “Sumqayıt” (23 futbolçu) – 0,46 milyon dollar

 9.     “Bakı” (21 futbolçu) – 0,20 milyon dollar

 


Digər xəbərlər

Xəbər xətti