İngiltərə Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə “Kristal Pelas”ı 1:2 hesabı ilə məğlub edən “Arsenal”ın futbolçuları - Santi Kasorla və Olivye Jiru üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, matçın 8-ci dəqiqəsində hesabı penaltidən açan ispaniyalı yarımmüdafiəçi cari mövsümdə 7-ci qoluna imza atıb.
O, bu topların 6-sını 11 metrlikdən vurub. Kasorla penaltilərdən fərqləndiyi qollarının sayına görə, Premyer Liqada 1-ci yerdə liderliyini davam etdirir. 2-ci sırada “Liverpul”un futbolçusu Stiven Cerrard qərarlaşır – 4 qol.
“Topçular”ın tarixində isə ölkə çempionatının bir mövsümündə (2003/04) ən çox rəqib qapıçılarını penaltilərdən məyus edən Tyerri Anridi. London klubunun sabiq hücumçusunun aktivində 7 qol var.
“Arsenal”ın forvardı Olivye Jiru isə fasiləyə yollanmamışdan əvvəl hesabı 0:2 edib. Bunula da 28 yaşlı futbolçu "topçular"da 50-ci yubiley qolunu vurub. O, “Arsenal”ın tarixində ən çox fərqlənən oyunçular arasında 48-ci olub. Bu göstəricidə yenə fransalı əfsanəvi hücumçu Anrinin adını qeyd etmək olar. Tyerri bombardirlər siyahısında birincidi – 228 top.