Fransa polisi “Nitsa”nın 16 azarkeşini həbs edib.
Sportarena.az xəbər verir ki, buna ötən gün ölkə çempionatının XXVI turu çərçivəsində evdə “Monako” ilə oyunda dava salmaları səbəb olub.
Belə ki, meydan sahiblərinin təxminən 20 fanatı rəqib komandanın azarkeş qrupuna hücum edib. Hadisə nəticəsində Monako təmsilçisinin 3 azarkeşi yaralanıb. Onlardan birinin vəziyyəti isə ağırdı. Yerli polis araşdırmanı davam etdirir.
Xatırladaq, qarşılaşmada “Monako” 10 nəfərlə 0:1 hesabı ilə qalib gəlib.