İtaliyanın ən köklü klublarından biri olan "Parma" futbol federasiyasının qərarı ilə A Seriyasından kənarlaşdırılıb.
Sportaren.az xəbər verir ki, komanda bundan sonra B Seriyasında mübarizə aparmalı olacaq.
Bildirilir ki, qərarın açıqlanmasından az sonra klubun idman direktoru Pierto Leonardi şoka düşüb və infakt keçirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Klub prezidenti Canprieto Maninatinin isə banklardan götürdüyü külli miqdarda krediti də götürərək ölkədən qaçdığı iddia edilir.