İspaniyanın “Real Madrid” klubu Çempionlar Liqası tarixində ard-arda ən çox qalibiyyət seriyası rekordunu qırmağa bir addım da yaxınlaşdı.
Sportarena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/16 finalının ilk matçında “Şalke”ni səfərdə 2:0 məğlub edən madridlilər Almaniyanın “Bavariya” klubuna çatdı.
İspaniya nəhəngi qazandığı bu qələbə ilə Çempionlar Liqasında ard-arda 10 oyunda qalib gələrək “Bavariya”nın 2013-cü ildə əldə etdiyi qalibiyyət seriyasına yaxınlaşdı.
“Real Madrid” ÇL-də son məğlubiyyətini yarımf-final oyununda “Barussiya Dortmund”a qarşı oyunda 2:0 hesabı ilə yaşamışdı.
Əgər martın 10-unda madridlilər öz meydanında “Şalke”ni məğlub edərsə yeni rekorda imza atmış olacaqlar.