Ruslan Qurbanovun yeni transfer olunduğu “Hayduk” klubu ölkə çempionatında növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, “Hayduk” səfərdə “Lokmativ”ə məğlub olmaqla (2:1) Avropaliqaya vəsiqə verən 3-cü yeri əldən verib. Qonaqların yeganə qolunu Jo vursa da, bu heç nəyə yaramayıb.
Həmyerlimiz Ruslan Qurbanov oyunu tribunadan izləyib. Onun adı ilk “18-lik”də olmayıb.
Qeyd edək ki, bu nəticədən sonra aktivində 32 xal olan “Hayduk” klubu 10 komanda arasında 4-cü pilləyə düşüb. Onları ən yaxın rəqibləri olan “NK Zaqreb”dən 2 xal ayırır.