Türkiyə PTT 1-ci liqasında 21-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxacaq.
Sözügedən komanda səfərdə "Şanlıurfaspor"la qarşılaşacaq.
Qeyd edək ki, "Karşıyaka" hazırda turnir cədvəlində 30 xalla 7-cidir.