Türkiyə PTT 1-ci liqasında 21-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" səfərdə Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçli "Manisaspor"la qarşılaşacaq.
Qeyd edək ki, "Adanaspor" hazırda 25 xalla 13-cü, "Manisaspor" isə 17 xalla 17-cidir.