Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb. Komanda səfərdə "Şanlıurfaspor"la qarşılaşıb.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir cəzalı durumda olduğundan bu qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, "Karşıyaka" turnir cədvəlində 30 xalla 8-ci pillədə qərarlaşıb