Antalyada təlim-məşq toplanışında olan millimiz bu gün növbəti məşqinə çıxıb.
Sportarena.az xəbər verir ki, kapitan Rəşad Sadıqov komanda ilə birgə məşq etməyib.
Belə ki, zədəsi olan Sadıqov ayrıca məşq edib. Daha doğrusu, 33 yaşlı müdafiəçi yalnız fərdi qaçışla kifayətlənib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun Apasport.az-ın Antalyaya ezam olunmuş əməkdaşına verdiyi məlumata görə, Sadıqovun "Şaxtyor"la yoxlama görüşündə iştirak edib-etməyəcəyi hələ bilinmir. Təcrübəli futbolçunun bu görüşü buraxmaq ehtimalı var.
Qeyd edək ki, millimiz "Şaxtyor"la fevralın 22-də üz-üzə gələcək.