Böyükağa Hacıyev: "Prosineçki toplanışın ilk günündən çalışır ki..."

22:24 22 Fevral 2015

"Millinin yeni baş məşqçisi Berti Foqtsdan köklü şəkildə fərqlənir. Məşqlərinə fikir vermisizsə, Robert Prosineçkinin komandanı müdafiədən oynatmaq fikri yoxdur. Məşqin gedişində verdiyi tapşırıqlardan hiss olunur ki, istər standart, istərsə də mərkəzdən hücumlara geniş yer verir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Antalyada millinin məşqini izləyən Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

Robert Prosineçki ilə bağlı jurnalistlərə fikirlərini bölüşən Hacıyev bunları əlavə edib:

"Prosineçki futbolçuları daim xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmağa çağırır. Hesab edirəm ki, azərbaycanlı azarkeşlər bu il uzun müddətdən sonra milli komandanın ifasında, nəhayət, hücum futbolu görəcək. Robert Prosineçki bu qaydada davam edərsə, komanda böyük uğurlar qazanacaq. Təbii ki, Prosineçkinin öz oyun fəlsəfəsini komandaya aşılaması üçün zamana ehtiyac var. Toplanışın ilk günündən çalışır ki, özünün futbol fəlsəfəsini komandaya tez bir zamanda aşılaya bilsin. Və çox güman ki, buna nail olacaq. Bundan başqa, Prosineçkinin gətirdiyi fiziki hazırlıq üzrə məşqçinin işi daha sağlamdı. Yəni əvvəlki məşqçilərdən fərqli olaraq, modern fiziki hazırlığa bir o qədər də fikir vermir. Bütün düşüncəsi komandanı məşqə düzgün hazırlamaqdı".

 


Digər xəbərlər

Xəbər xətti