“Çelsi” futbol klubu Paris metrosunda zərər çəkmiş qaradərili kişini Çempionlar Liqasında “PSJ” ilə cavab matçına dəvət edib. Xatırladaq ki, “Çelsi” klubunun bir qrup fanatı həmin qaradərili kişini metro qatarına buraxmayıb.
Sportarena.az xəbər verir ki, bu zərərdidə şəxs metro vaqonuna daxil olmaq üçün bir neçə dəfə cəhd göstərib, lakin “Çelsi” klubunun azarkeşləri onu itələyib platformaya çıxarıblar. Bundan sonra fanatlar mətnində “Biz irqçilərik, biz irqçilərik, bu bizim xoşumuza gəlir” sözləri olan mahnı oxumağa başlayıblar.
Onu da qeyd edək ki, “Çelsi” öz azarkeşlərindən bir neçəsinin bu komandanın meydanında keçirilən matçlara gəlməsini qadağan edib.