Pirlo: "Hələ şagirdəm"

23:40 22 Fevral 2015

“Yuventus”un öndə gedən oyunçusu Andrea Pirlo standart vəziyyətlər haqqında etdiyi açıqlama ilə marağa səbəb olub.

 

 

Sportarena.az xəbər verir ki, “Yuventus”un 35 yaşlı oyun qurucusu, standart vəziyyətlərdən gözəl yararlanmasına rəğmən bu yöndə işinin ustası olmadığını və biliklərini çoxaltmağa çalışdığını vurğulayıb.

“La Stampa”ya danışan Pirlo, “Mövzu standart vəziyyətlərdirsə, mən usta deyiləm. Hələ şagirdəm. Hər zaman öyrənməyə yeni şeylər var”. – deyə bildirib.

“Yuventus”da xoşbəxt olduğunu bildirən italiyalı ulduz, “Buraya qələbələr qazanmaq üçün gəlmişəm. Çox xoşbəxtəm. Amma, uğurlarımızı daha da çoxaltmalıyıq. Nə qədər ki təqaüdə çıxmamışam, ÇL çempionluğu yaşamaq istərdim. “Barussiya Dortmundu” da zəif saymıram”. – deyib.

Qeyd edək ki, Pirlo, yaşının çoxluğuna rəğmən “Yuventus”la 2016-cı ilə qədər müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti