"Xəzər Lənkəran" başlayır: Skarlatake qayıdır

00:36 23 Fevral 2015

Milli komandamızın Antalyada təlim-məşq toplanışı ilə əlaqədar olaraq Premyer Liqada yaranan fasilə zamanı iki günlük istirahətə buraxılan "Xəzər Lənkəran" artıq istirahətini başa vurub. 

 

Sportarena.az xəbər verir ki, komanda bu gün günorta saatlarında Lənkəranda toplaşaraq növbəti turun hazırlıqlarına start verəcək.

 

Klubdan verilən məlumata görə, qar ilə örtülmüş stadion artıq təmizlənib və həm ehtiyat, həm də əsas meydança məşq keçmək üçün ideal vəziyyətdədir.

 

Uzun müddətdir zədədən əziyyət çəkən Manuel Skarlatakenin bərpa məşqlərinə başlayacağı gözlənir. Artıq bərpa məşqlərinə başlamış Orxan Sadıqlı isə komandaya tam qüvvəsi ilə kömək edə biləcək. Rasim Ramaldanovun zədəsinin nə dərəcədə ciddi olduğu isə sabah bilinəcək.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın 24-cü turunda "Bakı"nı qəbul edəcək.

   

 


Digər xəbərlər

Xəbər xətti