Bir həftədən çoxdu “Qəbələ”nin düşərgəsində olan Sebai Seninin ölkəmizdə qalıb-qalmayacağına aydınlıq gəlib.
Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, şimal təmsilçisində baxışda olan Fil Dişi Sahilili hücumçu geri göndərilib.
Baş məşqçi Roman Qriqorçuk bir yoxlama oyununda sınaqdan çıxardığı gənc hücumçudan məmnun qalmayıb və ondan imtina edib.
Qeyd edək ki, Sebai Seninin son klubu Moldova “Saksan”ı olub. Əfsanəvi hücumçu Didye Droqbanın həmyerlisi olan 21 yaşlı oyunçu “Qəbələ”nin əsas heyətinin U-19 komandası ilə keçirdiyi yoxlama görüşündə 1 qol vurmuşdu.