Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” məşqləri bərpa edib.
Sportarena.az xəbər verir ki, XXIII turun “Neftçi”ylə qarşılaşmasından sonra 3 günlük istirahətə buraxılan Qurban Qurbanovun yetirmələri növbəti matçın hazırlıqlarına start verib.
Bu gündən bir araya gələn komanda fevralın 28-də keçiriləcək “Qəbələ” ilə ev oyununa tam heyətlə hazırlaşa bilmir. Buna səbəb 6 futbolçunun millinin heyətində toplanışa yollanmasıdı. Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov, Namiq Ələsgərov hələ də komandayla Antalyada olduğundan, Maksim Medvedev zədə üzündən geri qayıtdığından məşqlərdə iştirak etmir.