Prosineçki Kamran Ağayevə "ilişdi": "Bir nömrəli qapıçı Səlahətdir"

13:21 23 Fevral 2015

“Kamran Ağayevlə bağlı problemimiz var. O, "Kayserispor"da oynamır”.

 

Sportaren.az xəbər veirir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

 

Antalyada təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xorvatiyalı mütəxəssis qapıçı mövqeyi ilə bağlı sıxıntı çəkdiklərini etiraf edib: “Səlahət Ağayev zədəsinə görə toplanışa qatıla bilmədi. Emil Balayevin böyük potensialı olsa da, o da klubunda çıxış etmir. Səlahətin böyük potensialı var, "İnter"də mütəmadi yer alır. "Sumqayıt"ın qapıçısı Andrey Popoviç də istedadlı qapıçıdı. Ümid edirəm ki, Kamran "Kayserispor"da oynayacaq. Amma hazırkı vəziyyətdə Səlahət Ağayev bir nömrəli qapıçıdı”.

 


Digər xəbərlər

Xəbər xətti