Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama oyunu üçün start heyəti müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Robert Prosineçki açıqlayıb.
Xorvatiyalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşmada 4-1-4-1 taktiki sxemindən yararlanacağını bildirib. O, fevralın 24-də baş tutacaq qarşılaşmada qapını “Sumqayıt”ın qolkiperi Andrey Popoviçə həvalə edəcək.
Müdafiənin mərkəzində yığmanın təcrübəli üzvləri “Qarabağ”lı Bədavi Hüseynovla “Qəbələ”nin üzvü Ruslan Abışov yer alacaq. Cinahlar isə “İnter”in oyunçularına tapşırılıb. Sağda Məhəmməd Mirzəbəyov, solda isə Arif Daşdəmirov mübarizə aparacaq.
Dayaq yarımmüdafiəçisi kimi “Qarabağ”ın orta sahə oyunçusu Qara Qarayev meydana çıxacaq. Yarımmüdafiənin sağ cinahında “İnter”li Əfran İsmayılov, solunda isə “Qəbələ”li Cavid Hüseynova güvənəcək Prosineçki “Xəzər Lənkəran”ın millidəki təmsilçisi
Rahid Əmirquliyevə mərkəz müdafiəçisi kimi şans verəcək.
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Ələsgərov isə yeganə hücumçunun arxasında yer alacaq. Ön xətdə isə yeganə hücumçu kimi “Sumqayıt”ın əsas qol ümidi olan Məhəmməd Qurbanov çıxış edəcək.