Yunanıstan derbisində qalmaqal: Azarkeşlər prezidenti atəşə tutdu - VİDEO

15:02 23 Fevral 2015

Futbol üzrə Yunanıstan Super Liqasının XXV turunda keçirilən "Panatinaikos" - "Olimpiakos" matçından öncə insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qonaq "Olimpiakos"un məşqçi və futbolçularına fişəng atan azarkeşlər meydana daxil olub.

Hadisə qonaqların prezidenti Evanqelos Marinakisin meydana çıxmasından sonra başlayıb. "Panatinaikos" azarkeşləri prezidenti fişəng atəşinə tutsalar da, klub rəhbəri mühafizəçilərin köməyi ilə meydandan uzaqlaşdırılıb. Daha sonra "Olimpiakos"un baş məşqçisi Vitor Pereyra rəqib azarkeşlərin olduğu tribunaya yaxınlaşaraq onlara əli ilə "gəl" işarəsi edib. Bu zaman meydana daxil olan "Gate 13" fan-klubunun üzvləri baş məşqçi və futbolçuları meydançada qovmağa başlayıblar. Polisin müdaxiləsindən sonra ara sakitləşib. Bu səbəbdən qarşılaşma 15 dəqiqə gec başlayıb.

Matçın bitməsinə az qalmış "Olimpiakos"un futbolçusu Dominguesin vurduğu qoldan sonra meydan sahibləri azarkeşləri bu dəfə rəqib futbolçuları hədəfə alıb və onlara fişəng atıb. Qarşılaşma "Panatinaikos"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, XXV turdan sonra "Olimpiakos" 58 xalla turnir cədvəlinin birinci, "Panatinaikos" isə 55 xalla ikinci pilləsində qarşılaşıb.

 


Digər xəbərlər

Xəbər xətti