İngiltərə Premyer Liqasının son turunda keçirilən "Çelsi" - "Bernli" (1:1) matçında "zadəganlar"ın heyətində Nemanya Matiç qırmızı vərəqə alaraq meydanı tərk etmişdi.
Sportarena.az xəbər verir ki, "Çelsi" "qırmızı"nın ləğv olunması üçün Apelyyasiya Məhkəməsinə şikayət ərizəsi ünvanlayıb. Kart ləğv olunarsa, Matiç martın 1-də İngiltərə Liqa kubokunun finalında keçiriləcək "Çelsi" - "Tottenhem" matçında oynaya biləcək.