"Fənərbağça"lı futbolçu Azərbaycana gəlir?

17:47 23 Fevral 2015

Qətər və Azərbaycandan təkliflər aldığını bildirən “Fənərbaxça”nın hücumçusu Pyer Vebo karyerasını ölkəmizdə davam etdirməyə çox yaxındı.

 

Sportarena.az xəbər verir ki, kamerunlu hücumçu klubunu dəyişməyə hazırlaşır.

 

“Fənərbaxça” rəhbərliyi 33 yaşlı forvarda “komandada sənə yer yoxdu” mesajını göndərib və “özünə yeni klub axtar” tapşırığını verib. İstanbul təmsilçisi komandanın gələn mövsümkü planında Veboya yer olmadığını açıqlayıb. Təcrübəli hücumçunun meneceri təklif aldıqları klublarla artıq danışıqlara başlayıb.

 

Qeyd edək ki, Pyer Vebo 2013-cü ildən “Fənərbaxça”nın formasını geyinir. Onunla maraqlanan Azərbaycan klubunun adı isə açıqlanmır.

 


Digər xəbərlər

Xəbər xətti