Terimin 12 yaşlı Ronaldinyosu FOTO

18:15 23 Fevral 2015

Türkiyənin futbol üzrə yığma komandasının baş məşqçisi Fatih Terim ölkə futboluna yeni gənc ulduzları qazandırmağa davam edir.

 

Sportarena.az “Milliyyət” qəzetinə istinadənxəbər verir ki, təcrübəli mütəxəssis 12 yaşlı Fərhad Çoğalanı yaxından izləməyə başlayıb.

F.Çoğalan İspaniyanın “Valensiya” komandasında top qovur. O, bu il uşaqlar arasında sayca 9-cu dəfə keçirilən beynəlxalq çempionatın finalında “Atletiko”nun qapısına iki qol vurub. Bundan sonra dünya nəhəngləri də futbolçu ilə yaxından maraqlanmağa başlayıblar.

O, topla davranışına görə məşhur braziliyalı futbolçu Ronaldinyonu xatırladır.

 


Digər xəbərlər

Xəbər xətti