Millimiz Qazaxıstan klubuna qalib gəldi

22:15 23 Fevral 2015

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, yığmamız Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb.

Matç komandamızın 2:1 hesablı qələbəsiylə başa çatıb.

Millimiz bu heyətlə oynayıb: Şahruddin Məhəmmədəliyev, Cəmil Hacıyev (Dəniz Topçu, 65), Vüqar Mustafayev (Vadim Abdullayev, 70), Tellur Mütəllimov, Azər Salahlı, Rahil Məmmədov, Azad Kərimov (Elvin Bədəlov, 73), Taşkın İltər, Bilal Sezər, Elnur Cəfərov, Orxan Əliyev.

 

Azərbaycan (U-21) - "Atırau" (Qazaxıstan) - 2:1
Qollar: Taşkın, 32 (1:0), Salahlı, 90 (2:1).

 


Digər xəbərlər

Xəbər xətti