Anri: "Seçim etməli olsam, birmənalı olaraq Messinin adını çəkərəm"

23:09 23 Fevral 2015

Fransa millisinin keçmiş kapitanı Tierri Anri Lionel Messi və Kriştianu Ronaldo arasında seçim edəcəyi halda "Barselona"nın ulduz futbolçusunu qeyd edəcəyini bildirib. 

 

Sportarena.az xəbər verir ki, Anri argentinalı hücumçu ilə birlikdə oynadığını diqqətə çatdırıb.

"Kriştianu Ronaldoya böyük hörmətlə yanaşıram. O, uzun müddət ərzində yüksək səviyyədə çıxış edir. Amma mən Messi ilə birlikdə çıxış etmişəm. Gözəl anlar yaşamışıq. Birlikdə qalib gəlib məğlubiyyətə üzülmüşük. Qısası, əgər bu iki futbolçu arasında seçim etməli olsam, birmənalı olaraq Messinin adını çəkərəm".

 


Digər xəbərlər

Xəbər xətti