Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə gənc kollektivlə başlayan “Xəzər Lənkəran” ard-arda məğlubiyyətlər yaşasa da, rəhbərlik futbolçuları ruhlandırmağa çalışır.
Sportaren.az-a daxil olan məlumata görə “Bakı” ilə oyunöncəsi “Xəzər Lənkəran” rəhbərliyi futbolçuların maaşını vaxtından tez verəcək. Həmçinin, qələbə və xal qazanılacağı təqdirdə pul mükafatı ayıracaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” qarşılaşması fevralın 28-də Lənkəran şəhər stadionunda oynanılacaq.