David Kazaryan: "Məni qəbul etdiklərinə görə Azərbaycan xalqına minnətdaram"

23:35 23 Fevral 2015

Rusiya U-17-nin heyətində David Kazaryan ad-soyadlı erməninin Bakıya gəldiyini bilirsiniz. 

 

Sportaren.az xəbər verir ki, millimizlə keçirilən yoxlama oyunundan sonra "Futbol+” qəzetinin əməkdaşının suallarını cavablandıran Kazaryan bir sıra məqamlara toxunub. O, yığmamız haqda bunları deyib: "Komandanızın oyununu çox bəyəndim. Uduzsalar da, sonadək döyüşdülər. Yaxşı texnikaya malik futbolçularınız çoxdu. Baş məşqçimizin bizə verdiyi taktiki tapşırıqları”oxuyurdular”. Yığmanızı komanda oyunu və sürətdə üstələdik”.

 

David valideynlərinin onu Bakıya buraxmaq istəmədiklərini söyləyib: "Açığı, çəkinirdilər. Valideyinlərim və qohumlarım ehtiyatı əldən verməməyi, erməni olduğumu hiss etdirməməyi dönə-dönə tapşırdılar. Mən də dedim ki, futbol oyundu, siyasət başqa şeydi. Müharibə çoxdan olub axı... O vaxt heç mən dünyaya gəlməmişdim. Günahım yoxdu. Sonradan təhlükəsizliklə bağlı təminat verildi, rahatlaşdım”.

 

Hava limanında 5 saat gözləmək məcburiyyətində qalan erməni ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bəyan edib: "Məni qəbul etdiklərinə görə bütün Azərbaycan xalqına minnətdaram. Çox çətin vəziyyətə düşəcəyimi güman edirdim. Mənə təzyiq göstərəcəklərini, fitə basacaqlarını düşünürdüm. Amma belə olmadı. Sağ olsunlar, Tanrının köməyi ilə problem yaşamadım. Ümid edirəm ki, sizdən də hansısa idmançı Ermənistana getsə, onu isti qarşılayarlar”.


Digər xəbərlər

Xəbər xətti