Türkiyənin I Divizionunda XXI turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, ötən gün "Qaziantep Böyükşəhər Bələdiyəsi" doğma publika önündə "Antalyaspor"u qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, millimizin sabiq üzvü Ufuk Budakın ötürdüyü topu U-21-in sabiq üzvü Umut Sönməz qapıdan keçirib.
Sözügedən matçın icmalını təqdim edirik.