"Borussiya" cəbhəsinə şad xəbər

00:22 24 Fevral 2015

"Borussiya"nın (Dortmund) futbolçusu Mats Hummels Çempionlar Liqasının 1/8  finalında "Yuventus"a qarşı oynaya biləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə xəbəri UEFA yayıb. Səhhətində problemlər olan 26 yaşlı müdafiəçi artıq sağalıb. Komanda ilə ümumi məşqlərə başlayan alman oyunçunun "Yuventus"a qarşı matça hazır olduğu bildirilib.

Qeyd edək ki, "Yuventus" - "Borussiya" oyunu  sabah keçiriləcək.
 

 


Digər xəbərlər

Xəbər xətti