Azərbaycan yığmaları qara sarğıda

00:30 24 Fevral 2015

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası, həmçinin 21 və 16 yaşadək futbolçulardan ibarət yığmalarımız bu gün və fevralın 25-də keçirəcəkləri yoldaşlıq oyunlarında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar.

 

Sportarena.az xəbər verir ki, əsas komandamız bu gün Ukraynanın “Şaxtyor” (Donetsk) klubu, U-16 yığmamız isə Belarusun U-17 komandası ilə qarşılaşacaq.

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması fevralın 25-də Qananın müvafiq yaş qrupuna aid komandası, U-16 isə Norveçin “Konnerud” klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

 


Digər xəbərlər

Xəbər xətti