"Atletiko" "Bayer"lə oyuna ciddi itki ilə çıxacaq

00:37 24 Fevral 2015

Çempionlar Liqasının 1/8 finalında "Bayer"lə qarşılaşacaq "Atletiko" (Madrid) klubu həmin oyuna ciddi itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Koke Leverkuzen təmsilçisi ilə oyunda komandasına kömək edə bilməyəcək.

"Real"la görüşdə zədələnən futbolçu hələ də tam sağalmayıb. Bu səbəbdən Koke Almaniyaya aparılmayacaq.

Qeyd edək ki, "Bayer" - "Atletiko" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

 


Digər xəbərlər

Xəbər xətti