AFFA-dan "İnter"ə 15 000 manat cərimə

12:15 24 Fevral 2015

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

AZAL - “İnter” matçı başa çatdıqdan sonra “İnter”in futbolçusu Sezar Meza Kolli rəqib futbolçuya qarşı təhqiredici jestə görə 3 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“İnter”in fiziki hazırlıq üzrə məşqçisi Miloş Yevtiç oyunun rəsmi şəxsinə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanıb, klubu 10 000 manat cərimə olunub.

Oyunda hər iki komandanın iştirakilə baş vermiş insidentlərə görə hər iki klub 3000 manat cərimə olunub.

 


Digər xəbərlər

Xəbər xətti