Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin XXIV turunda keçiriləcək bir oyunun vaxtı dəyişdirilib.
Sportaren.az xəbər verir ki, “İnter” – “Simurq” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi fevralın 27-də deyil, martın 2-də reallaşacaq. Buna səbəb “İnter”in futbolçularının müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsində olmasıdır.