“Xəzər Lənkəran”ın zədəli qapıçısı sağaldı

13:45 24 Fevral 2015

Üç aydı zədədən əziyyət çəkən “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı, nəhayət ki, sağalıb.

 

Sportarena.az xəbər verir ki, yanvarın əvvəllərində Türkiyədə cərrahiyyə əməliyyatı keçirən gənc qolkiper artıq kollektivə qoşulub.

 

Bir müddətdi fərdi məşqlərlə kifayətlənən 22 yaşlı oyunçu bu həftədən komandaya qoşulub. Amma kollektiv məşqlərlə yanaşı, Sadıqlı fiziki gücün artırılması yönündə də hazırlıqlar keçir. Gənclər millimizin sabiq üzvü hələ tam hazır olmadığı üçün Premyer Liqanın XXIV turu çərçivəsində “Bakı” ilə fevralın 28-də keçiriləcək qarşılaşmanı da buraxacaq.

 

Qeyd edək ki, Orxan Sadıqlı cari mövsümdə sonuncu dəfə noyabrın 24-də “Neftçi” ilə keçirilən XIII tur matçında “Xəzər Lənkəran”ın qapısını qoruyub.

 


Digər xəbərlər

Xəbər xətti